...

Avropa Mərkəzi Bankı kreditlər üzrə uçot dərəcəsini dəyişməyib

Dünya xəbərləri Materials 16 Dekabr 2021 18:01 (UTC +04:00)
Avropa Mərkəzi Bankı kreditlər üzrə uçot dərəcəsini dəyişməyib

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa Mərkəzi Bankı kreditlər üzrə uçot dərəcəsini 0 faiz səviyyəsində saxlayıb.

Trend-in məlumatına görə, bu barədə qərar Bankın İdarə heyətinin iclasında qəbul edilib.

Eyni zamanda, Avropa Mərkəzi Bankı depozitlər üzrə uçot dərəcəsini mənfi 0,5 faiz, qısamüddətli kreditlər üzrə uçot dərəcəsini 0,25 faiz səviyyəsində saxlayıb.

Bankın İdarə heyətinin növbəti iclası 2022-ci il fevralın 3-də keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti