...

Peruda "omikron" ştammına ilk yoluxma halları aşkarlanıb

Dünya xəbərləri Materials 20 Dekabr 2021 05:50 (UTC +04:00)
Peruda "omikron" ştammına ilk yoluxma halları aşkarlanıb

Bakı. Trend:

Peruda koronavirusun "omikron" ştammına ilk yoluxma halları qeydə alınıb.

Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə naziri Ernando Sevalosa deyib.

Onun sözlərinə görə, "omikron" ştammı 4 nəfərdə aşkarlanıb, Milli Səhiyyə İnstitutu o insanlara nəzartə edir.

Nazir qeyd edib ki, daha 2 nəfərdə "omikron" ştammının olması ehtimalı var.

"Onlarla təmasda olan daha iki nəfərdə testin nəticəsi müsbət çıxıb; bu müsbət reaksiyanın ən çox rast gəlinən "delta" variantı və ya "omikron" variantı olub-olmadığı yoxlanılır", - deyə nazir əlavə edib.

Nazir eyni zamanda ölkə əhalisini koronavirusa qarşı peyvənd olunmağa çağırıb. Onun sözlərinə görə, koronavirusdan qorunmağın ən effektiv yolu peyvənd olunmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti