...

Sudanın baş naziri yaxın saatlarda istefa vermək niyyətindədir

Dünya xəbərləri Materials 22 Dekabr 2021 03:38 (UTC +04:00)
Sudanın baş naziri yaxın saatlarda istefa vermək niyyətindədir

Bakı. Trend:

Sudanın baş naziri Abdullah Hamduk yaxın bir neçə saat ərzində istefa vermək niyyəti barədə bir sıra siyasətçilərə məlumat verib.

Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən bildirib.

Məlumata əsasən, Hamdukun həmsöhbətləri onu postunu tərk etməməyə çağırsalar da, o, fikrindən dönməyib.

Oktyabrın 25-nə keçən gecə Sudanda aktiv etirazlarla müşayiət olunan siyasi böhranın qızğın çağında hərbçilər baş nazir A.Hamdukun başçılıq etdiyi bir qrup yüksək rütbəli məmuru həbs edərək, mülki nümayəndələri hakimiyyətdən tamamilə uzaqlaşdırdılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti