...

Venesuelada "omikron" ştammına ilk yoluxmalar qeydə alınıb

Dünya xəbərləri Materials 23 Dekabr 2021 08:21 (UTC +04:00)
Venesuelada "omikron" ştammına ilk yoluxmalar qeydə alınıb

Bakı. Trend:

Venesuelada koronavirusun yeni "omikron" ştammına ilk yoluxma halları qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin prezidenti Nikolas Maduronun mətbuat xidmətinin "Twitter" səhifəsində bildirilir.

"Venesuelada "omikron" ştammın ilk yeddi yoluxma halı aşkar edilib", - deyə məlumatda bildirilir.

Qeyd edilir ki, yoluxma halları Miranda, Lara ştatlarında və Karakasda aşkarlanıb.

Qeyd edək ki, koronavirusun ilk dəfə Afrikanın cənubunda aşkarlanan B.1.1.529 ştammına "omikron" adı verilib. Bildirilib ki, sözügedən ştammda çox sayda mutasiyalar mövcuddur və digər ştammlardan daha yoluxucu olması ilə bağlı şübhələr var.

Ehtiyat tədbiri olaraq, bir sıra ölkələr Cənubi Afrika Respublikası və Afrikanın cənubundakı digər dövlətlər üçün sərhədlərini bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti