...

"Apple" Nyu-Yorkda mağazaları müvəqqəti bağlayıb

Dünya xəbərləri Materials 28 Dekabr 2021 19:35 (UTC +04:00)
"Apple" Nyu-Yorkda mağazaları müvəqqəti bağlayıb

Bakı. Orxan Nəbiyev - Trend:

"Apple" şirkəti koronavirusun "omikron" ştammının yayılması ilə əlaqədar Nyu-York şəhərindəki mağazaların işini müvəqqəti dayandırır.

Trend-in məlumatına görə, qərar şəhər ərazisində 16 mağazaya şamil olunacaq.

Qeyd olunur ki, müştərilər internet vasitəsi ilə sifarişləri yerləşdirə və məhsulu mağazadan götürə biləcək. Onların mağazada alış-veriş etməsi qadağan olunacaq.

Şirkət bununla yanaşı, Los-Ancelesdə də bəzi mağazaları bağlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti