...

ABŞ-da meşə yanğınları səbəbindən on minlərlə sakinin təxliyəsi başlanıb

Dünya xəbərləri Materials 31 Dekabr 2021 05:06 (UTC +04:00)
ABŞ-da meşə yanğınları səbəbindən on minlərlə sakinin təxliyəsi başlanıb

Bakı. Trend:

Kolorado ştatının Boulder dairəsindı güclü külək səbəbindən sürətlənən meşə yanğınları ilə bağlı bir neçə yaşayış məntəqəsinin sakinlərinin təxliyəsi başlanılıb.

Trend xəbər verir ki, bu barədə ABŞ Milli Meteoroloji Xidmətinin yerli ofisinin "Twitter"də yerləşdirilmiş paylaşımında deyilir.

Təxliyə, xüsusilə, təxminən 21 min nəfərin yaşadığı Luisvil və təxminən 13 min nəfər əhalisi olan Superior yaşayış məntəqələrində həyata keçirilir. By yaşayış məntəqələri Koloradonun paytaxtı Denver şəhəri yaxınlığında yerləşir.

Meteoroloqlar axşama doğru küləyin sürətinin azalacağını proqnozlaşdırır. Bununla belə, Denver yaxınlığında küləyin sürəti saniyədə 45 metrə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti