...

Türkiyə Almaniyada müsəlman qəbiristanlığına hücum edənlərin məsuliyyətə cəlb edilməsini tələb etdi

Dünya xəbərləri Materials 2 Yanvar 2022 10:27 (UTC +04:00)
Türkiyə Almaniyada müsəlman qəbiristanlığına hücum edənlərin məsuliyyətə cəlb edilməsini tələb etdi

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi Almaniyada müsəlman qəbiristanlığına hücum edənlərin tapılmasını və məsuliyyətə cəlb edilməsini tələb edib.

Trend-in məlumatına görə, bu barədə XİN-in rəsmi açıqlamasında deyilir.

Bildirilir ki, yeni il gecəsi İzerlohn şəhərində baş verən hücum son vaxtlar xüsusilə Avropada artmaqda olan və hətta müsəlman qəbiristanlıqlarını belə hədəfə alan xəstə anti-islam zehniyyətinin yeni göstəricisidir.

"Ümid edirik ki, bu fəlakətli hücumun günahkarları müəyyən edilərək ədalət qarşısında cavab verəcək və layiq olduqları cəzanı alacaqlar. İstərdik ki, belə halların baş verməməsi üçün lazımi tədbirlər görülsün", - deyə açıqlamada deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti