...

İranda daşqınlar nəticəsində 8 nəfər ölüb

Dünya xəbərləri Materials 4 Yanvar 2022 10:35 (UTC +04:00)
İranda daşqınlar nəticəsində 8 nəfər ölüb

Bakı. Elnur Bağışov – Trend:

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 8 nəfər həlak olub.

Trend-in məlumatına görə, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib.

P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonunda sel, daşqın, qar və çovğundan zərər çəkən 20,5 min nəfərə yardım edilib. 3,23 min nəfər müvəqqəti sığınacağa, 5 nəfər isə xəstəxanaya yerləşidirlib.

İranlı rəsmi bildirib ki, İranın 7 vilayətinin 61 rayonunda seldən zərər çəkənlərə yardımlar davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti