...

Avropada təbii qaz qiymətləri yenidən 1000 dollar həddini keçib

Dünya xəbərləri Materials 4 Yanvar 2022 13:16 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Avropa birjalarında təbii qaz qiymətləri min kubmetr üçün 1000 dollar həddini keçib.

Trend-in məlumatına görə, Niderlandın TTF habında təbii qazın yanvar fyuçersləri 1 028 dollar ətrafında alınıb-satılır.

Qiymətlər ötən sutka ilə müqayisədə 7,5 faiz çox artıb.

Xatırladaq ki, Avropada təbii qaz qiymətləri dekabrın 21-də tarixi rekordu yeniləyərək min kubmetr üçün 2 190 dollara çatmışdı.

Dekabrın 31-də isə bu göstərici 800 dollardan aşağı enmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti