...

Özbəkistan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

Dünya xəbərləri Materials 6 Yanvar 2022 10:38 (UTC +04:00)
Özbəkistan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

Bakı. Trend:

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Qazaxıstanda sabitlik və rifahın təmin olunması üzrə ölkəyə dəstəyini ifadə edib.

Trend-in məlumatına görə, bu məsələ Özbəkistan prezidentinin qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə telefon danışığı zamanı müzakirə olunub.

Danışıqlar zamanı dövlət başçıları Qazaxıstandakı vəziyyət barədə fikir mübadiləsi aparıb, ölkədə vəziyyətin sabitləşməsi, sülh və sabitliyin təmin olunması üzrə atıln addımlar müzakirə olunub.

Ş.Mirziyoyev Qazaxıstan xalqına və rəhbərliyinə sabitlik və rifahın təmin olunmasında dəstəyini bir daha ifadə edib.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti