...

ABŞ Yaponiyadakı bazalardan hərbçilərin çıxmasına iki həftəlik məhdudiyyət qoyacaq

Dünya xəbərləri Materials 9 Yanvar 2022 19:04 (UTC +04:00)

Bakı. Trend:

ABŞ koronavirusa yoluxma sayının artması səbəbindən hərbi personalının xidməti ehtiyacı olmadan Yaponiyadakı bazaların ərazisini tərk etməsinə qadağa qoyub.

Trend-in məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin yaydığı iki ölkənin birgə bəyanatında deyilib.

Məlumata əsasən, tədbirlər yanvarın 10-dan qüvvəyə minir və iki həftə davam edəcək.

"Yaponiyadakı ABŞ ordusu şəxsi evlər istisna olmaqla, bütün şəxsi heyətin hərbi obyektlərin içərisində və xaricində maska ​​taxmasına nəzarət edəcək. ABŞ-ın Yaponiyadakı Silahlı Qüvvələri (ABŞ-dan) çıxmazdan əvvəl və (Yaponiyaya) daxil olandan sonra şəxsi heyətin yoxlanılması prosedurlarına ciddi şəkildə riayət edəcək və gələndən sonra 14 günlük karantin tələbinə ciddi şəkildə əməl edəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti