...

Nyu-Yorkda yaşayış binasında yanğın olub, çox sayda ölən var

Dünya xəbərləri Materials 10 Yanvar 2022 00:33 (UTC +04:00)
Nyu-Yorkda yaşayış binasında yanğın olub, çox sayda ölən var

Bakı. Trend:

ABŞ-ın Nyu-York şəhərinin Bronks rayonunda 19 mərtəbəli yaşayış binasında yanğın olub.

Trend-in "Associated Press" agentliyinə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində 9-u uşaq olmaqla azı 19 nəfər həlak olub.

Yanğın yerinə şəhərin yeni meri Erik Adams gəlib. Onun sözlərinə görə, yanğın zamanı çox sayda insan xəsarət alıb və ya tüstüdən zəhərlənib.

Yanğın binanın aşağı mərtəbələrindən birində başlayıb. Mənzilin qapısı açıq olduğuna görə, yanğın və tüstü tez bir zamanda binaya yayılıb.

Hadisə yerinə əcəlb edilən təxminən 200 yanğınsöndürənin səyləri nəticəsində yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti