...

Finlandiya sərhəd məhdudiyyətlərini bu ayın sonunadək uzadır

Dünya xəbərləri 13 Yanvar 2022 19:24 (UTC +04:00)
Finlandiya sərhəd məhdudiyyətlərini bu ayın sonunadək uzadır

Bakı. Orxan Nəbiyev - Trend:

Finlandiyada koronavirus pandemiyası ilə əlaqədar dövlət sərhədlərində məhdudiyyətlərin müddəti yanvarın 31-dək artırılıb.

Trend-in məlumatına görə, bu barədə ölkə hökumətinin yeni qərarında deyilir.

Hazırkı məhdudiyyət rejimi yanvarın 16-dək qüvvədə idi.

Qeyd olunur ki, Finlandiyaya daxil olan əcnəbilərdən vaksin sertifikatı və ya xəstəliyin keçirilməməsi barədə sənəd, eləcə də ölkədə daxil olmazdan əvvəl 48 saat ərzində verilmiş mənfi test nəticəsini təqdim etməlidir.

Eyni zamanda, Finlandiyaya gələn və peyvəndlə bağlı əks göstərişləri olan şəxslərin ölkəyə daxil olması asanlaşdırılıb. Bunun üçün onlar əks göstəriş sənədini və səfərdən əvvəl verilmiş mənfi test nəticəsini təqdim etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti