...

Danimarka və Niderland Pekin Olimpiadasının diplomatik boykotuna qoşulublar

Dünya xəbərləri 15 Yanvar 2022 05:48 (UTC +04:00)
Danimarka və Niderland Pekin Olimpiadasının diplomatik boykotuna qoşulublar

Bakı. Trend:

Niderland və Danimarka hakimiyyəti Pekində keçiriləcək Qış Olimpiya Oyunlarının “diplomatik boykotuna” qoşulmaq qərarına gəlib.

Trend-in məlumatına görə, bu barədə Avropa KİV-ləri xəbər verib.

Məlumata əsasən, Niderland Oyunlara hökumət nümayəndə heyətini göndərməyəcək, çünki Çin xarici tamaşaçıları yarışa buraxmamaq qərarına gəlib: yarışda yalnız yerli sakinlər iştirak edə biləcəklər.

Danimarka bu addımı Qərbin Çin hakimiyyətini ittiham etdiyi insan haqları pozuntularına etiraz etmək üçün atıb. Əvvəllər oxşar qərarlar, xüsusən də ABŞ, Yaponiya, Böyük Britaniya, Kanada tərəfindən qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti