...

İtaliyada prezident seçkilərinin birinci turu nəticəsiz qalıb

Dünya xəbərləri 25 Yanvar 2022 08:42 (UTC +04:00)
İtaliyada prezident seçkilərinin birinci turu nəticəsiz qalıb

Bakı. Trend:

İtaliyanın 13-cü prezidentini müəyyən etmək üçün toplanan “Böyük Seçki Məclisi”ndə səsvermənin birinci turundan nəticə əldə olunmayıb.

Trend-in məlumatına görə, parlamentin yuxarı palatası, Senatın üzvü olan 315 senator və 6 ömürlük senator, aşağı palata - Nümayəndələr Palatasından isə 630 deputat və 20 inzibati rayondan 58 nümayəndədən ibarət 1009 üzvlü “Böyük Seçki Məclisi” seçkilərin birinci turu üçün toplaşıb. Səsvermənin birinci turunda prezident seçilmək üçün tələb olunan 1008 səsdən 672-sinə heç bir namizəd çata bilməyib. Boş səslərin sayı isə 672 olub. Beləliklə, səsvermənin birinci turu nəticəsiz qalıb.

Nümayəndələr Palatasında keçirilən səsvermə COVID-19 epidemiyasına qarşı tədbirlərə uyğun təşkil edilib.

Senatının sədri Maria Elizabetta Alberti Kasellati və Nümayəndələr Palatasının sədri Roberto Fiko prezident seçkilərinin yanvarın 25-də keçiriləcək səsvermənin ikinci turu ilə davam edəcəyini açıqlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti