...

BMT İŞİD liderinin zərərsizləşdirilməsi zamanı mülki şəxslərin həlak olmasından narahatdır

Dünya xəbərləri Materials 4 Fevral 2022 01:12 (UTC +04:00)
BMT İŞİD liderinin zərərsizləşdirilməsi zamanı mülki şəxslərin həlak olmasından narahatdır

Bakı. Trend:

BMT ABŞ hərbçilərinin İŞİD terror qruplaşmasının lideri Əbu İbrahim əl-Haşimi əl-Küreyşinin məhv edilməsi əməliyyatı zamanı mülki vətəndaşların həlak olması ilə bağlı məlumatlardan narahatdır.

Trend xəbər verir ki, bunu cümə axşamı keçirilən brifinqdə təşkilatın baş katibinin mətbuat katibinin müavini Fərhan Haq deyib.

Onun sözlərinə görə, BMT bütövlükdə sistem olaraq İŞİD-lə mübarizə səylərinə sadiqdir və onlara qarşı mübarizədə əldə edilən istənilən uğur alqışlanmalıdır, lakin əməliyyat zamanı mülki şəxslərin ölümünün araşdırılması vacibdir.

Qeyd edək ki, ABŞ ordusu fevralın 3-də İŞİD qruplaşmasının lideri Əbu İbrahim əl-Haşimi əl-Küreyşinin həyata keçirilmiş əməliyyat nəticəsində zərərsizləşdirildiyini bildirmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti