...

Londonda binanın uçması nəticəsində 10-dan çox insan xəsarət alıb

Dünya xəbərləri Materials 13 Fevral 2022 04:45 (UTC +04:00)
Londonda binanın uçması nəticəsində 10-dan çox insan xəsarət alıb

Bakı. Trend:

Böyük Britaniyanın London şəhərində binanın qismən uşması nəticəsində 13 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bu barədə Londonun təcili tibbi yardım xidmətindən bildiriblər.

Məlumata əsasən, xəsarət alan 13 nəfərdən dördü xəstəxanaya yerləşdirilib:

"Paytaxtın fövqəladə hallar xidmətləri ilə sıx əməkdaşlıq edərək 13 xəsarət alana yardım göstərmişik. Üç nəfər ağır, 10 nəfər isə yüngül dərəcəli xəsarət alıb. Dörd nəfər yerli xəstəxanalara və tibbi məntəqələrə çatdırılıb".

"Sky News" telekanalı bildirib ki, hadisə yerli vaxtla saat 16:44-də "Two More Years" barında baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti