...

Somalinin mərkəzində terrorçu-kamikadzenin hücumu nəticəsində azı 13 nəfər ölüb

Dünya xəbərləri Materials 20 Fevral 2022 04:19 (UTC +04:00)
Somalinin mərkəzində terrorçu-kamikadzenin hücumu nəticəsində azı 13 nəfər ölüb

Bakı. Trend:

Somalinin mərkəzində paytaxt Moqadişudan 340 km şimalda yerləşən Beledveyn şəhərində terroçu-kamikadzenin yerli rəsmilər və siyasətçilərin olduğu restoranda partlayıcı qurğunu işə salması nəticəsində azı 13 nəfər həlak olub.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, yerli polis daha 20 nəfərin yaralandığını bildirib. Hökumət rəsmiləri restorana hücumun kamikadze tərəfindən törədildiyini təsdiqləsələr də, ölənlərin sayını açıqlamayıblar.

Hücum şəhərdə planlaşdırılan seçkilər ərəfəsində baş verib. İlkin ehtimala görə, əsas hədəf siyasətçilər və yerli rəsmilər olub.

Hücuma görə məsuliyyəti “Əş-Şəbab” təşkilatı öz üzərinə götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti