Bakı. Trend:
Filippin sahillərində 6,1 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Mati şəhərindən 113 kilometr cənub-şərqdə, ocağı isə 80 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.