...

Ukrayna prezidenti Bakıda Rusiya tərəfi ilə danışıqlara hazır olduğunu bildirib

Dünya xəbərləri Materials 27 Fevral 2022 11:54 (UTC +04:00)
Ukrayna prezidenti Bakıda Rusiya tərəfi ilə danışıqlara hazır olduğunu bildirib

Bakı. Trend:

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya tərəfi ilə danışıqların keçiriləcəyi şəhər qismində Bakını təklif edib.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı xalqa müraciətində bildirib.

"Varşava, İstanbul, Bakı - biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etdik. Bu ümumiyyətlə Ukraynaya raketlərin uçmadığı istənilən digər şəhər də ola bilər", - Vladimir Zelenski bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti