...

Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını artıracaq

Dünya xəbərləri Materials 2 Mart 2022 18:29 (UTC +04:00)
Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatını artıracaq

Bakı. Trend:

OPEC Katibliyi neft hasilatının 400 min barel/sutka səviyyəsində artırılması qərarını aprel ayı üçün qüvvədə qalması qərarını təsdiq edib.

Trend-in məlumatına görə, bu qərar OPEC+un bügünkü monitorinq və nazirlər komitəsinin iclaslarında qəbul edilib.

Qeyd olunur ki, bu həcmin yarısı Rusiya və Səudiyyə Ərəbistanının payına düşəcək.

Qərara əsasən, hər iki ölkə neft hasilatını 105 min barel/sutka artıraraq 10,436 milyon barel/sutkayadək çatdıracaq.

Xatırladaq ki, “OPEC+” ölkələri nazirlərinin ötən ilin iyul ayında keçirilmiş 19-cu iclasında avqustdan etibarən gündəlik xam neft hasilatının hər ay 400 min barrel artırılmasına qərar verilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti