...

Cənubi Koreyada meşə yanğınlarına görə iki şəhər xüsusi fəlakət zonası elan edilib

Dünya xəbərləri Materials 8 Mart 2022 08:57 (UTC +04:00)
Cənubi Koreyada meşə yanğınlarına görə iki şəhər xüsusi fəlakət zonası elan edilib

Bakı. Trend:

Koreya Respublikasının prezidenti Mun Çje İn şiddətli meşə yanğınlarının baş verdiyi Kannın və Tonhe şəhərlərini xüsusi fəlakət zonaları elan edib.

Trend-in məlumatına görə, bu barədə dövlət başçısının administrasiyası öz saytında bildirib.

Qeyd olunub ki, bu addım hökumətə tez bir zamanda bu ərazilərin sakinlərinə yardım göndərməyə və zərərçəkənlərə kompensasiyaların ödənilməsi ilə bağlı prosedurları asanlaşdırmağa imkan verəcək. İki gün əvvəl də ölkənin şərqindəki Uljin və Samçxok şəhərləri ilə bağlı oxşar tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti