...

Türkiyədə güclü qara görə 500-dən çox kəndlə əlaqə kəsilib

Dünya xəbərləri Materials 14 Mart 2022 13:30 (UTC +04:00)
Türkiyədə güclü qara görə 500-dən çox kəndlə əlaqə kəsilib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin şimalındakı Şərqi Qara dəniz bölgəsində bir neçə vilayətdə kəskin hava şəraiti ilə əlaqədar 533 yaşayış məntəqəsinin yolları bağlanıb.

Trend-in məlumatına görə, regionda bir neçə gün yağan qar ciddi fəsadlara səbəb olub.

Qeyd olunur ki, Giresun vilayətində 184, Rize vilayətində 172 kəndin yolları bağlı qalıb.

Bundan başqa, Artvin, Gümüşhane və Trabzon vilayətlərində yüzlərlə yaşayış məntəqəsi ilə nəqliyyat əlaqəsi kəsilib.

Fəsadların aradan qaldırılması üçün bölgələrə xilasedicilər və texnika cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti