Bakı. Trend:
Almaniya kansleri Olaf Şolts Türkiyəyə səfər edib.
Trend-in məlumatına görə, səfər çərçivəsində onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü keçiriləcək.
Qeyd olunur ki, görüş zamanı iki ölkə arasında münasibətlər müzakirə olunacaq.
Bundan başqa, görüş zamanı Ukraynadakı vəziyyət, Türkiyə-Avropa İttifaqı münasibətləri, eləcə də digər regional və beynəlxalq məsələlərin müzakirə mövzusu olacağı gözlənilir.