...

Rusiyada "Instagram"ın analoqu yaradılır

Dünya xəbərləri Materials 16 Mart 2022 13:11 (UTC +04:00)
Rusiyada "Instagram"ın analoqu yaradılır
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada martın sonunadək "Instagram" sosial şəbəkəsinin analoqu işə salınacaq.

Trend-in məlumatına görə, bunu rusiyalı mütəxəssis Aleksandr Zobov deyib.

O bildirib ki, "Rossqram" sosial şəbəkəsinin martın 28-də işə düşməsi planlaşdırılır. İlkin mərhələdə sosial şəbəkə məhdud sayda bloqer üçün əlçatan olacaq.

Aprel ayında isə bütün istifadəçilər "Rossqram"a daxil ola biləcək.

Hazırda layihənin müəllifləri "Instagram" məlumatların yeni sosial şəbəkəyə köçürülməsi üzərində işləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti