...

Putin və Paşinyan Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər

Dünya xəbərləri Materials 16 Mart 2022 21:03 (UTC +04:00)
Putin və Paşinyan Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.

Trend-in məlumatına görə, bu barədə Kremlin mətbuat xidmətindən bildiriblər.

"Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında Qarabağa dair üçtərəfli sazişlərin icrası, o cümlədən atəşkəs rejiminə riayət olunması və Cənubi Qafqazda nəqliyyat-logistika əlaqələrinin bərpası ilə bağlı məsələlər müzakirə edilib", - deyə mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, telefon danışığı zamanı N.Paşinyan V.Putinə Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşdırılmasına yönəlmiş təmaslardan danışıb.

"Nikol Paşinyan Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yönəlmiş son təmaslar barədə məlumat verib", - deyə mətbuat xidmətindən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti