...

Bayden Ukraynaya əlavə 800 milyon dollar vəsait ayırıb

Dünya xəbərləri Materials 16 Mart 2022 23:17 (UTC +04:00)
Bayden Ukraynaya əlavə 800 milyon dollar vəsait ayırıb

Bakı. Trend:

ABŞ Ukraynanı müdafiə sistemləri və silahlarla təmin etmək üçün əvvəlki 200 milyon dollar tranşla yanaşı əlavə 800 milyon dollar ayırır.

Trend-in "Ukrinform"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Cozef Bayden öz çıxışında deyib.

"Şənbə günü mənim administrasiyam Ukraynaya davamlı silah və sursat axınını təmin etmək üçün təxminən 200 milyon dollar ayırmağı qəbul etdi. İndi mən bir daha prezident səlahiyyətlərimdən istifadə edərək Ukraynaya əlavə təhlükəsizlik dəstəyi və əlavə yardımı aktivləşdirmək üçün daha 800 milyon dollar ayırıram", - deyə C.Bayden bildirib.

Onun sözlərinə görə, ABŞ təkcə son bir həftədə Ukraynaya təhlükəsizlik və müdafiə sahəsində 1 milyard dollardan çox yardım ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti