Bakı. Trend:
Böyük Britaniya və ABŞ Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırıblar.
Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın BMT yanında Daimi Nümayəndəliyinin "Twitter" səhifəsində deyilir.
"Böyük Britaniya, ABŞ, Fransa, Albaniya, İrlandiya və Norveç Ukraynadakı vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırıblar", - deyə məlumatda bildirilir.
İclasın tarixi və vaxtı barədə məlumat verilmir.