...

Kanada Yəmənə təxminən 50 milyon dollar humanitar yardım ayıracaq

Dünya xəbərləri Materials 17 Mart 2022 08:34 (UTC +04:00)
Kanada Yəmənə təxminən 50 milyon dollar humanitar yardım ayıracaq

Bakı. Trend:

Kanada Yəmənə 62,5 milyon Kanada dolları (təxminən 49,1 milyon ABŞ dolları) humanitar yardım ayıracaq.

Trend-in məlumatına görə, bu barədə özünün "Twitter" səhifəsində Kanadanın beynəlxalq inkişaf naziri Harcit Sacan yazıb.

"Yəməndə davam edən qarşıdurma səbəbindən hər gün daha çox insan əziyyət çəkməyə davam edir. Yəmən xalqının humanitar ehtiyacları üçün 62,5 milyon dollar ayıracağıq", - deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti