...

Moskva iqtisadiyyatı dəstəkləmək üçün tədbirləri davam etdirəcək

Dünya xəbərləri Materials 21 Mart 2022 11:56 (UTC +04:00)
Moskva iqtisadiyyatı dəstəkləmək üçün tədbirləri davam etdirəcək

Bakı. Trend:

Moskva meriyası Rusiya hökuməti ilə iqtisadiyyatın dəstəklənməsi üçün əlavə tədbirlərin işlənib hazırlanması istiqamətində birgə fəaliyyəti davam etdirəcək.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin şəxsi bloqunda yazıb.

"Biz Rusiya hökuməti ilə birlikdə iqtisadiyyatı dəstəkləmək üçün əlavə tədbirlər hazırlamaq üçün işləməyə davam edirik. Bu qərarların çoxu, ümid edirəm ki, bu həftə açıqlanacaq", - mer yazıb.

O əlavə edib ki, bu gün Moskva hökuməti büdcəni və dövlət satınalmalarını mümkün qədər çevik və səmərəli idarə etmək hüququna malikdir. Hələlik işsizlik minimum səviyyədədir - iqtisadi fəal əhalinin 0,4%-ni təşkil edir. Amma, eyni zamanda, 300-dən çox xarici şirkət Moskvada fəaliyyətlərini dayandırdığını bəyan edib. Bizim vəzifəmiz xarici şirkətlərin işçilərinə kömək etməkdir”, - Sobyanin deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti