...

Rusiya KİV-lərinə "Meta", "Facebook" və "Instagram"ın loqolarını nümayiş etdirmək qadağan edilib

Dünya xəbərləri Materials 22 Mart 2022 06:11 (UTC +04:00)
Rusiya KİV-lərinə "Meta", "Facebook" və "Instagram"ın loqolarını nümayiş etdirmək qadağan edilib

Bakı. Trend:

Rusiya KİV-ləri "Meta Platforms Inc"in və onun sosial şəbəkələri "Facebook" və "Instagram"ın loqolarını nümayiş etdirməməlidir.

Trend-in məlumatına görə, bu barədə "TASS"a "Roskomnadzor"un mətbuat xidmətindən bildiriblər.

"Meta Platforms Inc" və onun sosial şəbəkələri "Facebook" və "Instagram"ın loqolarının Rusiya mediası tərəfindən nümayişinə icazə verilmir", - deyə "Roskomnadzor"dan bildirilib.

Qeyd edilib ki, Rusiya mediası "Meta Platforms"u ölkədə qadağan olunmuş təşkilat kimi qeyd etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti