...

NATO-nun Baş katibi Yens Stoltenberqin mandatı daha bir il uzadılıb

Dünya xəbərləri Materials 24 Mart 2022 18:15 (UTC +04:00)
NATO-nun Baş katibi Yens Stoltenberqin mandatı daha bir il uzadılıb

Bakı. Trend:

NATO-nun Baş katibi Yens Stoltenberqin mandatı daha bir il uzadılıb.

Trend NATO-nun saytına istidanla xəbər verir ki, bununla bağlı qərar Alyansın bu gün keçirilən Zirvə Görüşündə verilib.

Bildirilir ki, NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları Yens Stoltenberqə liderliyinə görə minnətdarlıq ediblər.

Y.Stoltenberqin 2022-ci ilin 30 sentyabr tarixində bitməli olan Baş katibliyi yeni qərarla 2023-cü ilin 30 sentyabr tarixində bitəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti