...

ABŞ Rusiya və Belarusun daha 120 təşkilatına qarşı sanksiya tətbiq etmək niyyətindədir

Dünya xəbərləri Materials 1 Aprel 2022 02:49 (UTC +04:00)
ABŞ Rusiya və Belarusun daha 120 təşkilatına qarşı sanksiya tətbiq etmək niyyətindədir

Bakı. Trend:

ABŞ administrasiyası tezliklə Rusiya və Belarusdan daha 120 təşkilatı yüksək texnologiyalardan məhrum etmək üçün sanksiya siyahısına əlavə edəcək.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild bildirib.

"Yaxın günlərdə Ticarət Nazirliyi sanksiyalar siyahısına Rusiya və Belarusdan daha 120 təşkilatı əlavə etməklə Rusiyanın müdafiə, aerokosmik və dəniz sektorunun mövqelərini pisləşdirmək üçün əlavə tədbirlər görəcək. Bu siyahıya daxil edilməsi o deməkdir ki, bu təşkilatlar artıq ABŞ-ın yüksək texnologiyalarını lisenziyasız əldə edə bilməyəcəklər,"- deyə o qeyd edib.

Onun sözlərinə görə, lisenziyanın eldə edilməsinə bütün hallarda olmasa da, əksər hallarda imtina veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti