...

ABŞ Yəməndə atəşkəsin elan edilməsini alqışlayır - Bayden

Dünya xəbərləri Materials 2 Aprel 2022 05:50 (UTC +04:00)
ABŞ Yəməndə atəşkəsin elan edilməsini alqışlayır - Bayden

Bakı. Trend:

ABŞ Prezidenti Cozef Bayden Yəməndə iki aylıq atəşkəsin elan edilməsini alqışlayır.

Trend xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin açıqlamasında deyilir.

"Bu təşəbbüs Yəmən xalqına çoxdan gözlədikləri fasiləni verəcək. Bu, bütün tərəflərin Yəməndə və onun sərhədlərindən kənarda bütün hərbi fəaliyyətləri dayandırmasını, yanacaq daşıyan gəmilərin Hudeyda limanına daxil olmasını və razılaşdırılmış marşrutlar üzrə Sənaya və oradan ticarət uçuşlarının bərpasını nəzərdə tutur", - deyə açıqlamada bildirilir.

Qeyd edilib ki, "bu vacib, lakin qeyri-kafi addımlar" bizə gələcəkdə bütün Yəmən xalqı üçün davamlı sülhü təmin edəcək siyasi kompromislər" axtarışına başlamağa imkan verir.

bu təşəbbüsün həyata keçirilməsinə görə Səudiyyə Ərəbistanı və Omana təşəkkür edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti