...

Ekvadorda həbsxanada toqquşmalar nəticəsində 11 nəfər ölüb

Dünya xəbərləri Materials 4 Aprel 2022 05:15 (UTC +04:00)
Ekvadorda həbsxanada toqquşmalar nəticəsində 11 nəfər ölüb

Bakı. Trend:

Ekvadorun Kuenka şəhərində yerləşən həbsxanada məhbuslar arasında toqquşmalar baş verib.

Trend "teleSUR" telekanalına istinadən xəbər verir ki, toqquşmalar nəticəsində 11 nəfər həlak olub, 10 nəfər isə xəsarət alıb.

Məlumata əsasən, toqquşmalara səbəb müxtəlif cinayətkar qrupların arasında rəqabət ola bilər.

Eyni zamanda, toqquşmalar zamanı 52 məhbusun həbsxanadan qaçdığı bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti