...

Cənubi Koreyada son 10 ildə ilk dəfə inflyasiya 4%-i keçib

Dünya xəbərləri Materials 5 Aprel 2022 08:58 (UTC +04:00)
Cənubi Koreyada son 10 ildə ilk dəfə inflyasiya 4%-i keçib

Bakı. Trend:

Koreya Respublikasında mart ayında illik inflyasiya 4,1% təşkil edərək, son 10 ildə ən yüksək göstəriciyə çatıb.

Trend xəbər verir ki, bu barədə Koreya Milli Statistika İdarəsindən bildirilib.

Vurğulanır ki, göstəricinin artımını enerji qiymətlərinin yüksəlməsi şərtləndirib.

"İnflyasiyanın artmasını neft qiymətlərinin artması ilə əlaqələndirmək olar. Ukrayna böhranı səbəbindən qiymətlərin artmağa davam edəcəyi ilə bağlı ehtimallar var. Hazırda inflyasiyanın kəskin azalması ehtimalı azdır", - İdarədən bildirilib.

Cənubi Koreyada neft məhsullarının qiymətləri mart ayında ötən ilin eyni dövrü ilə müqayisədə 31,2%, fevralda isə 19,4% artıb.

Sonuncu dəfə analoji göstərici Koreyada 2011-ci ildə qeydə alınmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti