...

Türkiyə Mariupoldan təxliyə məsələsində müsbət irəliləyişlərə ümid edir - Akar

Dünya xəbərləri Materials 5 Aprel 2022 23:53 (UTC +04:00)
Türkiyə Mariupoldan təxliyə məsələsində müsbət irəliləyişlərə ümid edir - Akar

Bakı. Trend:

Türkiyə Ukrayna və Rusiya tərəfləri ilə Mariupol şəhərindən insanların təxliyəsi üçün səyləri əlaqələndirir. Biz çox yaxın gələcəkdə bu məsələdə müsbət irəliləyişlərin olacağını gözləyirik və ümid edirik.

Trend-in məlumatına görə, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akara bildirib.

O, Türkiyənin Mariupoldan dəniz yolu ilə yaralıların, mülki şəxslərin, eləcə də xarici vətəndaşların, o cümlədən Türkiyə vətəndaşlarının təxliyyəsini təmin etmək təklifini xatırladıb.

Nazirin sözlərinə görə, Ankara Ukraynaya humanitar yardımın çatdırılması üçün də səylər göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti