...

Çexiyada İkinci dünya müharibəsinə aid mərmilər partlayıb, 1 nəfər ölüb

Dünya xəbərləri Materials 8 Aprel 2022 12:20 (UTC +04:00)
Çexiyada İkinci dünya müharibəsinə aid mərmilər partlayıb, 1 nəfər ölüb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Çexiyanın şimal-şərqindəki Ostrava şəhərində tikinti işləri zamanı baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub.

Trend-in məlumatına görə, tikinti sahəsində qazıntı işləri aparılarkən İkinci dünya müharibəsi dövründən qalan mərmilər partlayıb.

Hadisə yerinə istehkamçılar və digər mütəxəssislər cəlb edilib. Polis ətrafda yaşayan sakinlərin təxliyəsini həyata keçirib.

Bölgədə digər mərmilərin olub-olmaması araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti