...

Bayden Rusiya ilə ticarətdə qaydaların sərtləşdirilməsi təşəbbüslərini imzalayıb

Dünya xəbərləri Materials 9 Aprel 2022 07:11 (UTC +04:00)
Bayden Rusiya ilə ticarətdə qaydaların sərtləşdirilməsi təşəbbüslərini imzalayıb

Bakı. Trend:

ABŞ prezidenti Co Bayden Rusiya və Belarusla normal ticarət əlaqələrini dayandırmaq, eləcə də Rusiyadan enerji daşıyıcıların idxalını qadağan edən qanun layihələrini imzalayıb.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

Açıqlamada qeyd olunub ki, C.Bayden hər iki sənədi imzalayıb.

C.Bayden artıq mart ayında Rusiyadan enerji daşıyıcıların idxalını qadağan edən fərman imzalamışdı. Konqres tərəfindən qəbul edilən qanun layihəsi əslində bu tədbiri kodlaşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti