...

Sülh razılaşmalarında Ukraynaya zəmanət mexanizmi olmalıdır - Zelenski

Dünya xəbərləri Materials 10 Aprel 2022 03:00 (UTC +04:00)
Sülh razılaşmalarında Ukraynaya zəmanət mexanizmi olmalıdır - Zelenski

Bakı. Trend:

Sülh sazişləri Ukrayna üçün effektiv zəmanət mexanizmini təmin etməlidir və biz Londonun bu prosesdə əsas rol oynayacağını gözləyirik.

Trend-in məlumatına görə, bunu Kiyevdə Böyük Britaniyanın baş naziri Boris Consonla birgə mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Sülh razılaşmaları dövlətimiz üçün effektiv zəmanət mexanizmini təmin etməlidir. Biz bu gün də bunu ətraflı müzakirə etdik. Biz Londonun bu prosesdə əsas rol oynayacağını gözləyirik. Ukraynada sülhə nail olmaq bizim gələcək ümumi qələbəmiz olacaq", - deyə V.Zelenski bildirib.

O həmçinin qeyd edib ki, B.Consonla danışıqlar zamanı sülhə nail olmaq yolunda səylərin cəmlənməsinin vacib olduğu əsas istiqamətlər müzakirə edilib, əsas vəzifələr müəyyən edilib və gələcək işlər əlaqələndirilib.

"Biz qoşunlarımızın müdafiə qabiliyyətinin gücləndirilməsində, həm Ukraynada, həm də dövlətimizdən kənarda vətəndaşlarımıza dəstək olmaqda, ölkənin bərpasında dövlətimizin maksimum dəstəyini möhkəmləndiririk", - deyə Ukrayna prezidenti əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti