...

İŞİD-in Kərkükdə hücumu nəticəsində ölən və yaralananlar var

Dünya xəbərləri Materials 10 Aprel 2022 10:42 (UTC +04:00)
İŞİD-in Kərkükdə hücumu nəticəsində ölən və yaralananlar var

Bakı. Trend:

İŞİD terrorçularının İraqın Kərkük şəhərinin cənubundakı kəndə hücumu nəticəsində iki dinc sakini öldürülüb, üç nəfər yaralanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Federal polis qüvvələri ərazini tamamilə mühasirəyə alıb.

Həşd əş-Şəabi kimi tanınan İraq Xalq Səfərbərlik Birliyi (PMU) isə hücumda bir əsgərinin şəhid olduğunu, ikisinin isə yaralandığını bildirib.

İraq hökuməti 2017-ci ilin dekabrında bütün işğal olunmuş ərazilərin İŞİD terrorçularından azad edildiyini elan etsə də, qruplaşmanın qalıqları ölkənin kiçik bölgələrində əsasən Diyala, Əl-Ənbar, Səlahəddin və Neynəva əyalətlərində gizlənib. Onlar zaman-zaman hərbçilərə və mülki şəxslərə qarşı terror əməliyyatları həyata keçirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti