...

Avstraliya Rusiyanın bir sıra şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

Dünya xəbərləri Materials 14 Aprel 2022 07:53 (UTC +04:00)
Avstraliya Rusiyanın bir sıra şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

Bakı. Trend:

Avstraliya hökuməti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyanın 14 şirkətinə sanksiya tətbiq edəcək.

Trend-in məlumatına görə, bu barədə Avstraliya Xarici İşlər Nazirliyi bildirib.

"Avstraliya hökuməti Rusiya üçün strateji və iqtisadi əhəmiyyət kəsb edən 14 Rusiyanın dövlət müəssisəsinə qarşı məqsədyönlü maliyyə sanksiyaları tətbiq edib", - deyə qeyd olunub.

Sanksiya siyahısına "KAMAZ", "Qazprom", "Qazprom Neft", "Transneft", "Rostelekom", "Rusqidro", "Sevmaş" və "Birləşmiş Gəmiqayırma Korporasiyası", "Roselektronika" holdinqi, Rusiya Dəmir Yolları, "Novorossiysk Dəniz Ticarət Limanı", "ALROSA", "Sogaz" və "Sovkomflot" şirkətləri daxil olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti