...

Belarus Aİ-də qeydiyyatda olan avtomobillərin ölkəyə girişinə qadağa qoyub

Dünya xəbərləri Materials 16 Aprel 2022 00:58 (UTC +04:00)
Belarus Aİ-də qeydiyyatda olan avtomobillərin ölkəyə girişinə qadağa qoyub

Bakı. Trend:

Belarus Avropa İttifaqına üzv dövlətlərdə qeydiyyatda olan avtomobillərin ölkəyə girişinə qadağa qoyub.

Trend xəbər verir ki, bu barədə "BELTA"-ya Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunur ki, 16 aprel 2022-ci il saat 00:00-dan etibarən Avropa İttifaqında qeydiyyatda olan nəqliyyat vasitələrinin (avtomobil və traktorların) Avrasiya İqtisadi İttifaqının gömrük sərhədindən Belarus ərazisinə keçirilməsinə qadağa qoyulub.

İstisna şəklində avtomobillərin müəyyən keçid məntəqələrindən yük əməliyyatları və daşımaların aparılması üçün xüsusi yaradılmış yerlərə keçməsidir.

Bununla belə, bu məhdudiyyət 2022-ci il aprelin 23-dək artıq Belarus ərazisinə daxil olan avtomobillərə şamil edilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti