...

Suriyanın cənubunda silahlı hücum zamanı hakim öldürülüb, yaralanan var

Dünya xəbərləri Materials 18 Aprel 2022 07:25 (UTC +04:00)
Suriyanın cənubunda silahlı hücum zamanı hakim öldürülüb, yaralanan var

Bakı. Trend:

Suriyanın cənubunda, Dəməşqdən 62 kilometr məsafədə yerləşən Əs-Sanameyn şəhərində naməlum silahlılar tərəfindən hakim güllələnib.

Trend xəbər verir ki, bu barədə yerli "SANA" agentliyi məlumat yayıb.

Bildirilir ki, yaraqlılar Əmin Mahmud Əşrəfə Deraa əyalətində Keita yaşayış məntəqəsini ziyarət zamanı atəş açıblar.

Nəticədə hakim başından ölümcül güllə yarası alıb, onun həyatını xilas etmək mümkün olmayıb. Səfər zamanı hakimi müşayiət edən qardaşı isə yaralanıb. O yaxınlıqdakı hərbi hospitala çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti