...

Boris Conson 2020-ci ildə koronavirus məhdudiyyətləri ilə bağlı qaydaları pozmadığını bildirib

Dünya xəbərləri Materials 18 Aprel 2022 08:37 (UTC +04:00)
Boris Conson 2020-ci ildə koronavirus məhdudiyyətləri ilə bağlı qaydaları pozmadığını bildirib

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Boris Conson, yazılan cəriməni ödədiyinə baxmayaraq, 2020-ci ildə koronavirusun yayılması ilə mübarizə çərçivəsində tətbiq edilən məhdudiyyətləri pozmadığını bildirib.

Trend "The Times" qəzetinə istinadla xəbər verir ki, baş nazir bazar ertəsi İcmalar Palatasındakı çıxış edərək pandemiyanın ilk dalğalarının müşahidə olunduğu vaxtda "Downing Street"-də ziyafət qalmaqalına aydınlıq gətirəcək.

Qeyd olunur ki, həmçinin London polisinin 2020-ci ildə dövlət idarələrindəki şənliklərdə koronavirus məhdudiyyətlərini pozduqları üçün Conson, həyat yoldaşı Kerri və maliyyə naziri Rişi Sunak-a tətbiq etdiyi cərimələrə toxunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti