...

Liviya ən iri neft yatağında hasilatı dayandırıb

Dünya xəbərləri Materials 18 Aprel 2022 18:31 (UTC +04:00)
Liviya ən iri neft yatağında hasilatı dayandırıb
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Liviyanın Milli Neft Korporasiyası aprelin 18-də ölkənin ən iri neft yatağı olan Əş-Şararada hasilatı dayandırıb.

Trend-in məlumatına görə, bu barədə şirkət bildirib.

Qeyd olunur ki, yataq ərazisində yerləşən müəssisələrin qapanması ilə əlaqədar fors-major elan olunub.

Əş-Şararada hasilatın nə zaman bərpa olunacağı məlum deyil.

Statistikaya əsasən, bu yataqda sutkada 280 min barel neft hasil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti