...

Niderlandın Ukraynadakı səfirliyi işini bərpa edib

Dünya xəbərləri Materials 19 Aprel 2022 16:00 (UTC +04:00)
Niderlandın Ukraynadakı səfirliyi işini bərpa edib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın Ukraynadakı səfirliyi Lvov şəhərində işini bərpa edib.

Trend-in məlumatına görə, bu barədə Niderland hökuməti bildirib.

Qeyd olunub ki, səfir başda olmaqla bir qrup əməkdaş aprelin 16-dan etibarən işə başlayıb. Səfirliyin digər əməkdaşlarının mərhələli şəkildə işə başlayacağı bildirilib.

Hələlik səfirliyin konsulluq xidməti işə başlamayıb.

Qeyd edək ki, bir neçə gün öncə İtaliya, Fransa və bir sıra digər Avopa ölkələrinin səfirlikləri paytaxt Kiyevdə işini bərpa etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti