...

Ərdoğan rusiyalı və ukraynalı həmkarları ilə telefon danışığı aparmaq niyyətindədir

Dünya xəbərləri Materials 19 Aprel 2022 21:46 (UTC +04:00)
Ərdoğan rusiyalı və ukraynalı həmkarları ilə telefon danışığı aparmaq niyyətindədir

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə telefon danışıqları aparmaq niyyətindədir.

Trend xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mğvlud Çavuşoğlu deyib.

"Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışıqlarım olub, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla da danışıqlar aparmağı planlaşdırıram. Prezidentimiz dəfələrlə Putin və Zelenski ilə danışıqlar aparıb və yenidən onlarla telefon danışıqları aparmaq niyyətindədir", - deyə M.Çavuşoğlu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti