...

ABŞ bu həftə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini istisna etməyib

Dünya xəbərləri Materials 19 Aprel 2022 23:47 (UTC +04:00)
ABŞ bu həftə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsini istisna etməyib

Bakı. Trend:

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar variantlarını nəzərdən keçirməyə davam edir, ola bilsin ki, bu cür tədbirlər bu həftənin əvvəlində həyata keçirilə bilər.

Trend-in məlumatına görə, bunu Ağ Evin rəsmi nümayəndəsi Cen Psaki jurnalistlərin ABŞ-ın bu həftə Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyinin mümkünlüyü barədə sualını cavablandırarkən deyib.

"Bəli, mümkündür. Hələlik variantları nəzərdən keçirməyə davam edirik, proses davam edir", - deyə C.Psaki bildirib.

C.Psaki ABŞ prezidenti Co Bayden ilə Qərb müttəfiqləri arasında Rusiya və Ukraynanı müzakirə edildiyi videokonfransın yekunları barədə də danışıb.

"Onlar diplomatik fəaliyyətlərini müzakirə etdilər və ciddi iqtisadi tədbirləri dəstəkləməyə davam etmək üçün səyləri əlaqələndirdilər", - deyə C.Psaki bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti