...

Portuqaliyanın XİN rəhbəri koronavirusa yoluxub

Dünya xəbərləri Materials 20 Aprel 2022 05:27 (UTC +04:00)
Portuqaliyanın XİN rəhbəri koronavirusa yoluxub

Bakı. Trend:

Portuqaliyanın xarici işlər naziri Joao Qomeş Kravinyo koronavirusa yoluxub.

Trend xəbər verir ki, bu barədə nazir özünün "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, xəstəliyin simptomları yüngüldür və o, 1 həftə ərzində məsafədən işini davam etdirəcək.

"Bu, virusun hələ də bizimlə olduğunu və ayıq qalmağımızın vacibliyini xatırladır", - deyə XİN rəhbəri bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti